1
Qanunun Təkrarı 28:1
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Əgər Allahınız Rəbbin sözlərinə yaxşı-yaxşı qulaq asıb bu gün sizə buyurduğum bütün əmrlərinə riayət etsəniz, Allahınız Rəbb sizi yer üzündəki bütün millətlərdən üstün edəcək.
Compare
Explore Qanunun Təkrarı 28:1
2
Qanunun Təkrarı 28:2
Allahınız Rəbbin sözünü dinləsəniz, bütün bu xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq.
Explore Qanunun Təkrarı 28:2
3
Qanunun Təkrarı 28:13
Rəbb sizi quyruq deyil, baş edəcək. Əgər bu gün sizə buyurduğum Allahınız Rəbbin əmrlərinə qulaq assanız, onlara dəqiq əməl etsəniz, aşağıda deyil, hər zaman yuxarıda olacaqsınız.
Explore Qanunun Təkrarı 28:13
4
Qanunun Təkrarı 28:12
Rəbb torpağınıza yağışı vaxtlı-vaxtında yağdıracaq və bütün zəhmətinizə bərəkət vermək üçün göylərdən zəngin xəzinəsini açacaq. Siz bir çox millətlərə borc verəcək, lakin heç kimdən borc almayacaqsınız.
Explore Qanunun Təkrarı 28:12
5
Qanunun Təkrarı 28:7
Rəbb sizə hücum edən düşmənlərinizi önünüzdə məğlub edəcək. Onlar sizə bir yoldan hücum edəndə önünüzdən yeddi yolla qaçacaq.
Explore Qanunun Təkrarı 28:7
6
Qanunun Təkrarı 28:8
Rəbb anbarlarınıza, əl atdığınız hər işə “Bərəkətli olsun!” deyə əmr verəcək və Allahınız Rəbb sizə verəcəyi torpağa bərəkət yağdıracaq.
Explore Qanunun Təkrarı 28:8
7
Qanunun Təkrarı 28:6
Hər girişiniz, hər çıxışınız xeyir-dualı olacaq.
Explore Qanunun Təkrarı 28:6
8
Qanunun Təkrarı 28:3
Şəhərdə və çöldə xeyir-dualı olacaqsınız.
Explore Qanunun Təkrarı 28:3
9
Qanunun Təkrarı 28:4
Doğulan övladlarınız, torpağınızın məhsulları, heyvanlarınızın, mal-qara və qoyun-keçilərinizin balaları artımlı olacaq.
Explore Qanunun Təkrarı 28:4
10
Qanunun Təkrarı 28:9
Allahınız Rəbbin əmrlərinə riayət etsəniz, Onun yolları ilə getsəniz, Rəbb vəd etdiyi kimi sizi Özü üçün müqəddəs bir xalq kimi qoruyacaq.
Explore Qanunun Təkrarı 28:9
11
Qanunun Təkrarı 28:5
Səbət və xəmir təknələriniz bərəkətli olacaq.
Explore Qanunun Təkrarı 28:5
12
Qanunun Təkrarı 28:11
Rəbb atalarınıza vəd etdiyi torpaqda sizi bolluq içərisində yaşadacaq. Doğulan övladlarınızın nəslini artırıb-çoxaldacaq, heyvanlarınızın balalarını, torpağınızın məhsulunu artımlı edəcək.
Explore Qanunun Təkrarı 28:11
13
Qanunun Təkrarı 28:10
Yer üzərindəki bütün xalqlar Rəbbə məxsus olduğunuzu görüb sizdən qorxacaq.
Explore Qanunun Təkrarı 28:10
14
Qanunun Təkrarı 28:14
Bu gün sizə buyurduğum əmrlərdən kənara çıxmayın, başqa allahların ardınca getməyin, onlara sitayiş etməyin.
Explore Qanunun Təkrarı 28:14
15
Qanunun Təkrarı 28:15
Amma Allahınız Rəbbin sözünə qulaq asmasanız, bu gün sizə buyurduğum əmrlərin, qaydaların hamısına dəqiq əməl etməsəniz, bu lənətlər gəlib üzərinizə töküləcək.
Explore Qanunun Təkrarı 28:15