1
Qanunun Təkrarı 4:29
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Amma o yerdə Allahınız Rəbbi axtaracaqsınız. Əgər Onu bütün qəlbinizlə, bütün varlığınızla axtarsanız, tapacaqsınız.
Compare
Explore Qanunun Təkrarı 4:29
2
Qanunun Təkrarı 4:31
Axı Allahınız Rəbb rəhmli Allahdır. O sizi atmaz, məhv etməz. Atalarınıza andla təsdiq etdiyi əhdi unutmaz.
Explore Qanunun Təkrarı 4:31
3
Qanunun Təkrarı 4:24
Çünki Allahınız Rəbb hər şeyi yandırıb-yaxan alovdur. O, qısqanc Allahdır.
Explore Qanunun Təkrarı 4:24
4
Qanunun Təkrarı 4:9
Ancaq diqqətli olun. Gözünüzlə gördüklərinizi unutmamaq və ömür boyu yaddan çıxarmamaq üçün böyük səy göstərin. Bunları övladlarınıza, nəvələrinizə öyrədin.
Explore Qanunun Təkrarı 4:9
5
Qanunun Təkrarı 4:39
Bu gündən bilin və yadınızda qalsın ki, yuxarıda – göydə və aşağıda – yerdə Rəbb Allahdır. Ondan başqası yoxdur.
Explore Qanunun Təkrarı 4:39
6
Qanunun Təkrarı 4:7
Allahımız Rəbb hər dəfə dua edərkən bizə yaxın olar. Axı hansı millət belə üstündür ki, Allahı ona bu cür yaxın olsun?
Explore Qanunun Təkrarı 4:7
7
Qanunun Təkrarı 4:30
Əzabda olarkən, bütün bu hadisələr başınıza gələrkən, nəhayət, Rəbbə dönüb Ona qulaq asacaqsınız.
Explore Qanunun Təkrarı 4:30
8
Qanunun Təkrarı 4:2
Sizə verəcəyim əmrlərə heç nə artırıb-əskiltməyin. Yalnız Allahınız Rəbbin əmrlərinə – sizə verəcəyim əmrlərə riayət edin.
Explore Qanunun Təkrarı 4:2