1
Qanunun Təkrarı 7:9
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Bilin ki, Allahınız Rəbb əsl Allahdır. O, vəfalı Allahdır. Əhdinə sadiq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərər.
Compare
Explore Qanunun Təkrarı 7:9
2
Qanunun Təkrarı 7:6
Çünki siz Allahınız Rəbbin müqəddəs xalqısınız. O sizi yer üzündəki bütün xalqlar içərisindən Özünə məxsus xalq olaraq seçdi.
Explore Qanunun Təkrarı 7:6
3
Qanunun Təkrarı 7:8
Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə sizi Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı firondan satın aldı.
Explore Qanunun Təkrarı 7:8
4
Qanunun Təkrarı 7:7
Rəbbin sizi sevməsi, seçməsi o biri xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqətən, siz onlardan azsınız.
Explore Qanunun Təkrarı 7:7
5
Qanunun Təkrarı 7:14
O biri xalqlardan daha çox siz xeyir-dua alacaqsınız. Heç bir kişi və qadınınız sonsuz, heç bir heyvanınız qısır olmayacaq.
Explore Qanunun Təkrarı 7:14