1
Yaradılış 37:5
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Bir dəfə Yusif yuxu gördü və onu qardaşlarına danışdı. Bundan sonra ona daha çox nifrət etməyə başladılar.
Compare
Explore Yaradılış 37:5
2
Yaradılış 37:3
İsrail Yusifi bütün oğullarından çox sevirdi, çünki Yusif onun qocalıq çağının oğlu idi. O, Yusifə əlvan paltar tikdirdi.
Explore Yaradılış 37:3
3
Yaradılış 37:4
Qardaşları gördülər ki, ataları onlardan çox Yusifi sevir. Buna görə də ona nifrət etdilər və onunla yaxşı rəftar etmədilər.
Explore Yaradılış 37:4
4
Yaradılış 37:9
Yusif başqa bir yuxu gördü və onu qardaşlarına danışıb dedi: «Yenə bir yuxu gördüm; gördüm ki, günəş, ay və on bir ulduz mənə səcdə edir».
Explore Yaradılış 37:9
5
Yaradılış 37:11
Qardaşları ona paxıllıq etdilər, atası isə bu sözü yadda saxladı.
Explore Yaradılış 37:11
6
Yaradılış 37:6-7
Yusif onlara dedi: «Gördüyüm bu yuxuya qulaq asın: biz zəminin ortasında dərz bağlayırdıq; mənim dərzim qalxıb dik durdu, sizin dərzləriniz isə mənim dərzimi əhatəyə alıb ona səcdə etdilər».
Explore Yaradılış 37:6-7
7
Yaradılış 37:20
İndi gəlin onu öldürüb bir quyuya ataq, sonra da deyək ki, vəhşi heyvan onu parçaladı. Onda görərik, yuxuları necə çin çıxır».
Explore Yaradılış 37:20
8
Yaradılış 37:28
Oradan Midyan tacirləri keçəndə Yusifi quyudan çıxarıb İsmaillilərə iyirmi gümüşə satdılar. Onlar da Yusifi Misirə apardılar.
Explore Yaradılış 37:28
9
Yaradılış 37:19
Qardaşlar bir-birlərinə dedilər: «Budur, yuxu görənimiz gəlir.
Explore Yaradılış 37:19
10
Yaradılış 37:18
Qardaşları onu uzaqdan gördülər. Yusif onların yanına çatmamış onu öldürmək qərarına gəldilər.
Explore Yaradılış 37:18
11
Yaradılış 37:22
Ruven onlara «qan tökməyin, onu çöldə olan bu quyuya atın, ancaq ona toxunmayın» dedi. Bunu ona görə deyirdi ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın.
Explore Yaradılış 37:22