YouVersion Logo
Search Icon

Çıxış 27:20-21

Çıxış 27:20-21 MK2012

Sən İsrail övladlarına əmr et ki, işıq yandırmaq üçün sənə zeytundan çəkilmiş xalis yağ gətirsinlər. Bu yağdan çıraqlar daima Hüzur çadırında, Şəhadət sandığının qarşısındakı pərdənin bayır tərəfində yansın. Harunla oğulları onu hər axşam Rəbbin hüzurunda yandırıb səhərə qədər nəzarət etsinlər. Qoy bu, nəsildən-nəslə İsrail övladları üçün əbədi qayda olsun.