Qanunun Təkrarı 14
14
Qadağan olan matəm ənənəsi
1 #
Lev. 19:28; 21:5 Siz Allahınız Rəbbin övladlarısınız. Ölən üçün bədəninizi yaralamayın və saçınızın ön tərəfini qırxmayın. 2#Çıx. 19:5-6; Qanun. 4:20; 7:6; 26:18; Titə 2:14; 1Pet. 2:9Axı siz Allahınız Rəbbin müqəddəs xalqısınız. Rəbb yer üzərində olan bütün xalqlar arasından sizi Özünə məxsus xalq olaraq seçdi.
Əti yeyilən və yeyilməyən heyvanlar
(Lev. 11:1-47)
3Murdar şeylər yeməyin. 4Bu heyvanların ətini yeyə bilərsiniz: öküz, qoyun, keçi, 5maral, ceyran, xallı maral, dağ keçisi, geyik, cüyür, dağ qoyunu. 6Heyvanlardan qoşadırnaqlı, gövşəyən heyvanların hamısının ətindən yeyə bilərsiniz. 7Lakin gövşəyən yaxud qoşadırnaqlı olan bu heyvanların – dəvə, dovşan, qayadovşanının ətini yeməyin, çünki onlar gövşəyir, lakin qoşadırnaqlı deyil, buna görə sizin üçün haramdır. 8Donuz isə qoşadırnaqlı olsa da, gövşəmir, o sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun.
9Sularda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz. 10Amma üzgəcləri və pulcuqları olmayanların hamısı sizə haram sayılır, yeməyin.
11Bütün pak quşların ətindən yeyə bilərsiniz. 12Lakin bu quşların ətini yeməməlisiniz: qartal, keçələkərkəs, qaraquş, 13çalağan, şahin, bütün çalağan cinsindən olanlar, 14bütün qarğa cinsindən olanlar, 15dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar, 16yapalaq, böyük bayquş, ağ bayquş, 17qutan, leş kərkəsi, qarabatdaq, 18leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa. 19Bütün qanadlı qaynaşan heyvanlar sizin üçün haramdır, yeməyin. 20Qanadı olan pak heyvanların hamısını yeyə bilərsiniz.
21 #
Çıx. 23:19; 34:26 Ölü halda tapılan heyvan ətindən yeməyin. Şəhərinizdə olan əcnəbiyə verə bilərsiniz ki, yesin yaxud da yadellilərə sata bilərsiniz. Siz isə Allahın müqəddəs xalqısınız. Oğlağı anasının südündə bişirməyin.
Ondabir hissəyə aid qayda
22 #
Lev. 27:30-33; Say. 18:21 İlbəil tarlalarınızda bitən bütün məhsulların onda bir hissəsini mütləq ayırın. 23Daim Allahınız Rəbdən qorxmağı öyrənmək üçün taxılınızın, təzə şərabınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qaranızın, qoyun-keçilərinizin ilk balalarını Allahınız Rəbbin qarşısında, Öz isminə məskən seçdiyi yerdə yeyin. 24Allahınız Rəbbin Öz isminə məskən seçdiyi yer sizdən çox uzaqdadırsa, Allahınız Rəbbin sizə bərəkət verdiyi məhsulların onda bir hissəsini siz oraya apara bilməyəcək qədər yol uzundursa, 25o zaman bunları satıb pula çevirin və bu pulu götürüb Allahınız Rəbbin seçəcəyi yerə gedin. 26Pulu ürəyiniz istəyəni almağa sərf edin: mal-qara, qoyun-keçi, şərab, başqa kefləndirici içki – ürəyiniz nə istəyirsə, alın. Siz və külfətiniz orada Allahınız Rəbbin qarşısında yeyib sevinin. 27Şəhərlərinizdə yaşayan Levililərə etinasız yanaşmayın, çünki onların sizinlə birgə payı və irsi torpağı yoxdur.
28Hər üç ilin sonunda – üçüncü ildə bitən bütün məhsulunuzun onda bir hissəsini çıxarıb şəhərlərinizdə toplayın. 29Sizinlə birgə payı və irsi torpağı olmayan Levililər, şəhərlərinizdə olan qəriblər, yetimlər və dul qadınlar qoy gəlib bundan doyunca yesinlər. Belə edin ki, Allahınız Rəbb sizə əlinizin bütün zəhmətinə xeyir-dua versin.
Currently Selected:
Qanunun Təkrarı 14: MK2012
Highlight
Copy
Compare
Share
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.