Levililər 18
18
Qadağan olunmuş cinsi münasibətlər
1Rəbb Musaya dedi: 2«İsrail övladlarına belə de: “Allahınız Rəbb Mənəm. 3Nə əvvəl yaşadığınız Misir torpağının ənənələrinə əməl edin, nə də sizi aparacağım Kənan torpağına girəndən sonra adət-ənənələrinə əməl edib uymayın; 4Mənim hökmlərimə əməl edib qanunlarıma riayət edin, onlara uyğun yaşayın. Allahınız Rəbb Mənəm. 5#Neh. 9:29; Yez. 18:9; 20:11-13; Luka 10:28; Rom. 10:5; Qal. 3:12Qaydalarıma və hökmlərimə səylə əməl edin; onları yerinə yetirən adam bunların sayəsində yaşayacaq. Rəbb Mənəm.
6Qoy heç kəs öz yaxın qohumları ilə cinsi əlaqədə olmaq#18:6 Cinsi əlaqədə olmaq – hərfi tərcümədə ayıb yerini açmaq. üçün onlara yaxınlaşmasın. Rəbb Mənəm. 7Atanla cinsi əlaqədə olma, ananla da cinsi əlaqədə olma; o sənin anandır, onunla cinsi əlaqədə olma. 8#Lev. 20:11; Qanun. 22:30; 27:20; 1Kor. 5:1Atanın arvadı ilə cinsi əlaqədə olma, çünki o sənin atanın namusudur. 9#Lev. 20:17; Qanun. 27:22Atabir yaxud anabir bacınla, səninlə bir evdə yaxud başqa yerdə böyümüş bacınla cinsi əlaqədə olma. 10Öz oğlunun qızı yaxud qızının qızı ilə cinsi əlaqədə olma, çünki onların namusu sənin namusundur. 11Atanın başqa arvadından doğulan qızı ilə cinsi əlaqədə olma; o sənin bacındır. 12#Lev. 20:19-20Bibinlə cinsi əlaqədə olma, çünki o, atanın yaxın qohumudur. 13Xalanla cinsi əlaqədə olma, çünki o, ananın yaxın qohumudur. 14Əminin namusunu tapdalama, onun arvadı ilə yaxınlıq etmə, çünki o sənin əmiarvadındır. 15#Lev. 20:12Oğlunun arvadı ilə cinsi əlaqədə olma. Oğlunun arvadı olduğu üçün onunla cinsi əlaqədə olma. 16#Lev. 20:21Qardaşının arvadı ilə cinsi əlaqədə olma, çünki bu, qardaşının namusudur. 17#Lev. 20:14; Qanun. 27:23Bir qadının həm özü, həm də qızı ilə cinsi əlaqədə olma. O qadının oğul ya da qız nəvəsi ilə cinsi əlaqədə olmaq üçün onları alma, çünki onlar sənin yaxın qohumların olduğu üçün bu, əxlaqsızlıqdır. 18Arvadın sağ ikən onun bacısını günü olaraq alma və onunla cinsi əlaqədə olma.
19 #
Lev. 20:18
Aybaşı murdarlığı zamanı qadınla cinsi əlaqədə olmaq üçün onunla yaxınlıq etmə. 20#Lev. 20:10Başqasının arvadı ilə yaxınlıq edib özünü murdarlama. 21#Lev. 20:1-5Övladlarının heç birini Molekə qurban olaraq təqdim etmə. Beləliklə, Allahının adını ləkələmə. Rəbb Mənəm. 22#Lev. 20:13Kişi qadınla yaxınlıq etdiyi kimi kişi ilə yaxınlıq etməsin, bu, iyrəncdir. 23#Çıx. 22:19; Lev. 20:15-16; Qanun. 27:21Nə kişi, nə də qadın heç bir heyvanla cinsi əlaqəyə girib özünü murdarlamasın. Bu, rəzillikdir.
24Bu şeylərin heç biri ilə özünüzü murdar etməyin, çünki önünüzdən qovacağım millətlər bunların hamısı ilə murdarlanıb, 25torpaqlarını da murdarlayıblar. Buna görə də Mən o torpağı cəzalandırıb sakinlərini oradan rədd edirəm. 26İstər yerli, istər aranızda yaşayan yadelli – hamınız qaydalarıma və hökmlərimə riayət edərək iyrənc işlərin heç birinə əməl etməyin. 27Önünüzdəki ölkənin sakinləri bütün bu iyrənc işləri edərək torpağı murdarlayıblar. 28Əgər siz də bu torpağı murdarlasanız, torpaq sizdən əvvəlki milləti ağzından qaytardığı kimi sizi də ağzından qaytaracaq. 29Buna görə də bu iyrənc işlərin hər hansı birinə əməl edən hər kəs xalqının arasından qovulsun. 30Beləliklə, önünüzdə edilən iyrənc adətlərinə əməl edib onlarla özünüzü murdar etməmək üçün Mənim buyruğuma riayət edin. Allahınız Rəbb Mənəm”».
Currently Selected:
Levililər 18: MK2012
Highlight
Share
Compare
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Bible in Northern Azeri © United Bible Societies 2004, 2009, 2012.