YouVersion Logo
Search Icon

Saylar 12

12
Məryəmin cəzalanması
1Məryəm ilə Harun Kuşlu qadından ötrü Musadan giley edirdilər. Çünki Musa özünə arvad olaraq həmin Kuşlu qadını almışdı. 2Onlar dedilər: «Rəbb yalnız Musa vasitəsiləmi danışdı? Bizim vasitəmizlə də danışmadımı?» Rəbb bunu eşitdi. 3Musa yer üzündə yaşayan bütün adamlardan daha itaətkar bir insan idi.
4Rəbb bir anlıq Musaya, Haruna və Məryəmə dedi: «Üçünüz də Hüzur çadırına gəlin». Üçü də oraya getdilər. 5O zaman Rəbb bulud dirəyində endi və çadırın girişində durub Harunla Məryəmi çağırdı; hər ikisi önə çıxanda 6Rəbb onlara dedi:
«İndi sözlərimi dinləyin;
Əgər aranızda bir peyğəmbər varsa,
Mən Rəbb görüntüdə ona Özümü bildirərəm,
Yuxuda onunla danışaram.
7 # İbr. 3:2,5 Qulum Musa isə elə deyil,
O bütün evimdə sadiqdir.
8Mən onunla müəmmalarla deyil,
Üzbəüz açıq danışaram və
O, Rəbbin surətini görür.
Nə üçün qorxmayaraq qulum
Musadan gileyləndiniz?»
9Rəbb onlara bərk qəzəbləndi və oradan getdi. 10Bulud çadırın üzərindən çəkiləndə Məryəm cüzama tutulmuş, qar kimi ağarmışdı. Harun Məryəmə baxdıqda gördü ki, o cüzama tutulub. 11Harun Musaya dedi: «Ey ağam, rica edirəm ki, axmaqlıq və günah işlədiyimizə görə bizi bu cəzanı çəkməyə qoyma. 12Rica edirəm, qoyma ki onun bədəni ananın bətnindən çıxan ölü doğulmuş uşağın yarı çürümüş bədəninə bənzəsin». 13Musa Rəbbə fəryad edib dedi: «Yalvarıram, ay Allah, ona şəfa ver!» 14#Say. 5:2-3Rəbb Musaya dedi: «Əgər atası onun üzünə tüpürmüş olsaydı, yeddi gün gözdən düşməyəcəkdimi?» 15Məryəm yeddi gün düşərgədən kənar yerdə saxlandı. O geri gətirilənə qədər camaat köçmədi.
16Ondan sonra camaat Xaserotdan yola düşdü və Paran səhrasında düşərgə saldılar.

Currently Selected:

Saylar 12: MK2012

Highlight

Share

Compare

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in