1
Yaradılış 9:12-13
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Allah yenə dedi: «Mənim sizinlə və sizinlə olan bütün canlılarla əbədi olaraq bağladığım əhdin əlaməti budur: buludda Öz göy qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun.
Cymharu
Archwiliwch Yaradılış 9:12-13
2
Yaradılış 9:16
Buludda göy qurşağı olacaq. Mən Allah onu görüb yer üzündə yaşayan bütün canlı məxluqlarla bağladığım əbədi əhdi yada salacağam».
Archwiliwch Yaradılış 9:16
3
Yaradılış 9:6
Kim insan qanı töksə, Onun da qanı İnsan əli ilə töküləcək. Çünki Allah insanı Öz surətinə görə yaradıb.
Archwiliwch Yaradılış 9:6
4
Yaradılış 9:1
Allah Nuha və onun oğullarına xeyir-dua verib dedi: «Törəyib çoxalın və yer üzünü bürüyün.
Archwiliwch Yaradılış 9:1
5
Yaradılış 9:3
Bütün canlılar da sizə qida olsun, onların hamısını bütün göy otlar kimi sizə verirəm.
Archwiliwch Yaradılış 9:3
6
Yaradılış 9:2
Qurudakı bütün heyvanlar, göydəki bütün quşlar, yerdə sürünən bütün canlılar və dənizdə olan bütün balıqlar sizdən qorxub dəhşətə gələcək. Onlar sizin ixtiyarınıza verilib.
Archwiliwch Yaradılış 9:2
7
Yaradılış 9:7
Siz törəyib çoxalın, Yer üzünə yayılın, Orada çoxalın».
Archwiliwch Yaradılış 9:7