1
Yəhya 6:35
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz.
ប្រៀបធៀប
រុករក Yəhya 6:35
2
Yəhya 6:63
Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir.
រុករក Yəhya 6:63
3
Yəhya 6:27
Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub».
រុករក Yəhya 6:27
4
Yəhya 6:40
Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim».
រុករក Yəhya 6:40
5
Yəhya 6:29
İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin».
រុករក Yəhya 6:29
6
Yəhya 6:37
Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram.
រុករក Yəhya 6:37
7
Yəhya 6:68
Şimon Peter Ona cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyən Sənsən.
រុករក Yəhya 6:68
8
Yəhya 6:51
Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Ö ətimdir».
រុករក Yəhya 6:51
9
Yəhya 6:44
Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm.
រុករក Yəhya 6:44
10
Yəhya 6:33
Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir».
រុករក Yəhya 6:33
11
Yəhya 6:48
Həyat çörəyi Mənəm.
រុករក Yəhya 6:48
12
Yəhya 6:11-12
O zaman İsa çörəkləri götürüb şükür edərək balıqlarla birgə, oturanlara, – hər kəsə istədiyi qədər payladı. Onlar yeyib-doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan hissələri toplayın ki, heç bir şey zay olmasın».
រុករក Yəhya 6:11-12
13
Yəhya 6:19-20
Onlar beləcə avar çəkib iyirmi beş ya otuz stadi gedəndən sonra gördülər ki, İsa gölün üstü ilə yeriyir və qayığa yaxınlaşır. Qorxdular, amma İsa onlara «Mənəm, qorxmayın» dedi.
រុករក Yəhya 6:19-20