1
Yaradılış 49:10
ƏHDİ-ƏTİQ (TÖVRAT VƏ ZƏBUR)
MK2012
Padşahlıq əsası Yəhudanın əlindən getməyəcək, Hökmdarlıq əsası onun nəslindən itməyəcək; O vaxta qədər ki əsanın Sahibi gələcək. Onda xalqlar Ona itaət edəcək.
Спореди
Истражи Yaradılış 49:10
2
Yaradılış 49:22-23
Yusif barlı bir ağac, Çeşmə kənarında meyvəli bir ağacdır, Budaqları divarın üstündən aşar. Oxçular ona güclü hücum etdilər, Düşmənçilik edib üstünə ox yağdırdılar.
Истражи Yaradılış 49:22-23
3
Yaradılış 49:24-25
Amma Yaqubun qüdrətli Allahı – İsrailin Daşı və Çobanı olan Allahın sayəsində Onun kamanı möhkəm, Qolları qüvvətli oldu. Sənə kömək edən Atanın Allahıdır, Sənə xeyir-dua verən Külli-İxtiyardır. Yuxarıda göylərin bərəkəti ilə, Dərinlikdə olan Su mənbələrinin bərəkəti ilə, Döşlərin və bətnlərin bərəkəti ilə Sənə xeyir-dua verəcək.
Истражи Yaradılış 49:24-25
4
Yaradılış 49:8-9
Yəhuda, qardaşların səni mədh edəcək, Düşmənlərin boynu əlində olacaq, Atanın oğulları önündə səcdə edəcək. Yəhuda bir aslan balasıdır, Ey oğlum, sən şikara çıxanda Bir şir kimi yerə əyilirsən, Dişi aslan kimi torpağa yatırsan. Kim səni yerindən qaldıra bilər?
Истражи Yaradılış 49:8-9
5
Yaradılış 49:3-4
Ey Ruven, ilk oğlum, Sən mənim Gücümsən, qüdrətimin başlanğıcısan. Ləyaqətin hamıdan üstündür, Qüvvətin hamıdan çoxdur. Amma sən su kimi oynaqsan, Artıq üstün olmayacaqsan. Çünki atanın yatağına girib Onu murdar etdin, – Bax o, döşəyimə çıxdı.
Истражи Yaradılış 49:3-4